Chabiant, Azərbaycana məxsus ictimai şirkət olan “İsmayıllı Şərab 2”-in şərab markasıdır.

Şərab Azərbaycanın ən yaxşı ərazilərindən birində – Böyük Qafqazın yamaclarında, İsmayıllıda yerləşən 250 hektar üzüm bağlarının yaxınlığındakı fabrikimizdə yetişdirilir, emal olunur və qablaşdırılır.

Şirkət Bayan Şira, Mədrəsə, Saperavi, Rkatsiteli, Mtzvane kimi həm Azərbaycan, həm də Qafqaz yerli (avtoxtonik) üzüm sortlarının yetişdirilməsi və istehsalına yönəlib. Bundan əlavə, biz daha bir neçə əfsanəvi sortu diriltməyi planlaşdırırıq.

Yerli şərab istehsalçıları və İtaliya enoloqlarından ibarət komandamız müxtəlif qarışıqlar istehsal edərək birlikdə işləyirlər. Şərab istehsal həcminin 95%-i xaricə ixrac olunur.

Şərablar gənc, zərif, yüngül içilən, həmçinin Azərbaycan və Avropa yeməkləri ilə mükəmməl bir uyğunluq təşkil edən şərablardır. Onlar Beynəlxalq Şərab Yarışmalarında ən yüksək mükafatlar qazanmış və yerli şərabsevərlər arasında çox geniş yayılmışdır. Qiymətlər əlverişlidir, şərab ehtiyatı isə hər kəsə çatacaq qədər böyükdür.

İstehsal xətlərimizdən olan şərabları onlayn mağazadan satın ala bilərsiniz. Sifarişiniz sizə rahat şəkildə çatdırılacaqdır.